Azərbaycanda yaşayış minimumu artırıldı

Azərbaycanda yaşayış minimumu artırıldı
21:32 7 Dekabr 2015
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında qanunu təsdiq edib.

Milli.Az AZƏRTAC-a istindən bildirir ki, qanunda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış

minimumunun məbləği

2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/388434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR