Bakı, 7 fevral, AzərTAc
Bakı Avropa Liseyi Yaponiyanın “TokyoCinema” studiyası ilə birlikdə “Tokyo-Baku-Cinema” beynəlxalq uşaq kinoməktəbi layihəsinə başlayıb.
AzərTAc xəbər verir ki, fevralın 7-də Nizami Kino Mərkəzində layihə çərçivəsində “Tokyo-Baku-Cinema” beynəlxalq uşaq kinoməktəbinin açılışı olub.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva rəhbərlik etdiyi ali məktəbin dəstəyi ilə həyata keçirilən layihənin əhəmiyyətindən danışıb. Bildirilib ki, layihə çərçivəsində açılan beynəlxalq uşaq kinoməktəbi səmərəli fəaliyyəti ilə məktəblilərin zövqünün, dünyagörüşünün formalaşmasında böyük rol oynayacaqdır.