Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Trend-in məlumatına görə, başsağlığında deyilir:
"Ölkənizi matəmə qərq edən Xəzər dənizindəki "Günəşli" yatağının platformasında baş vermiş güclü yanğın nəticəsində bir çox insanların həyatını itirməsi Azərbaycanın Dostları Assosiasiyasının bütün üzvlərini və məni cox kədərləndirdi.
Zati-aliləri, bu ağır sınaqda Sizinlə birgə olduğumuzu bildirir, bütün həlak olmuş vətəndaşlarınızın ailələrinə başsağlığı verir və Sizə ən dərin hörmət hisslərimi ifadə edirəm".
Milli.Az