Xaçmazda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş kikboksinq turniri keçirilib

Xaçmazda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş kikboksinq turniri keçirilib
18:03 8 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 dekabr, AZƏRTAC 
Azərbaycan Kikboksinq Federasiyasının, “Xaçmaz” kikboksinq klubunun və Xaçmaz İdman və Gənclər İdarəsinin birgə təşkilatçılığı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş turniri keçirilib.
Yarış bu günlərdə “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində dünyasını dəyişən neftçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad etməklə başlanıb.
Azərbaycan Kikboksinq Federasiyasından AZƏRTAC-a bildirilib ki, turnirdə 10-a yaxın klubun idmançıları öz qüvvələri sınayıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışın nəticələrinə görə, “Ağsu” kikboksinq klubu birinci, “Qarabağ” ikinci, “Quba” klubu isə üçüncü yerə çıxıb.
Sonda qalib idmançılar mükafatlandırılıb.
 




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xachmazda_Dunya_Azerbaycanlilarinin_Hemreylik_Gunune_hesr_olunmus_kikboksinq_turniri_kechirilib-909406

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR