40 dollarlıq neft, Mərkəzi Bank və özəl reaktiv təyyarələr...

40 dollarlıq neft, Mərkəzi Bank və özəl reaktiv təyyarələr...
22:12 8 Dekabr 2015
80 Digər
Ölkə mətbuatı
A- A+

Dünya bazarlarında neftin qiyməti 40 dollara düşüb. Bu, Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsində göstərilən proqnoz qiymətindən 10 dollar aşağıdır.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Amerikanın nüfuzlu "Goldman Sach" bankının bir neçə gün əvvəl irəli sürdüyü "qiyamət proqnozu" isə barrelin gələn ilin birinci rübündə 30 dollara qədər enəcəyindən bəhs edirdi. Artıq WTI markalı yüngül neft inamla bu səviyyəyə doğru geriləməkdədir və Nyu-York birjasında barreli 37 dollardan satılır.

Neftin bu cür dəyərdən düşməsi ixracının əsas hissəsini bu xammal təşkil edən ölkələr, o cümlədən Azərbaycan üçün əsl böhranın hələ bundan sonra başlayacağı deməkdir. İndi nefti unutmaq, kəmərləri sıxmaq və iqtisadiyyatı neftdən xilas etmək dövrü başlayır.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev artıq qazaxlara müraciət edərək onları qənaətcil yaşamağa alışmağa, "Land Cruiser"lərdən imtina etməyə, bahalı restoranlarda əylənməyi yaddan çıxarmağa çağırıb.

Azərbaycanda isə kəmərləri sıxmaq barədə xəbərdarlıq hələ bir neçə ay əvvəl prezident İlham Əliyevin 2016-cı il büdcəsinin layihəsinə dair hökumətin iqtisadi bloku ilə keçirdiyi müşavirədə edilmişdi. Prezident hökumətə tapşırdı ki, lüzumsuz xərclərə yol verilməsin və vəsaitlərdən qənaətlə istifadə edilsin.

Elə dünən prezidentin 2016-cı il büdcəsi haqda qanunun tətbiqinə dair imzaladığı sərəncamda da hökumətə və dövlət strukturlarına maliyyə şəffaflığının təmin edilməsinə, qənaət tədbirlərinə və islahatlara dair bir sıra tapşırıqlar əksini tapıb.

Bir sözlə, indi hamı qənaət etməlidir - sıravi vətəndaşlar da, neftin 150 dollara satıldığı günlərdə pulu sağa-sola səpələyən dövlət strukturları da, hökumət özü də...

Bəs oliqarxlar necə, onlar da öz həyat tərzlərinə dəyişiklik edəcəkmi? Axı indiki qlobal böhran dövründə heç nə əvvəlki kimi olmayacaq. Azərbaycanlı oliqarxlar da indi əvvəlki kimi qazana, yaxud çırpışdıra bilməyəcəklər. Deməli, onlar da kəmərləri sıxmalıdır, məsələn, özlərinə və ailə üzvlərinə aldıqları özəl təyyarələrdən imtina etməlidir.

Özəl təyyarələr demişkən, Azərbaycanda çox az iri oliqarx tapılar ki, onun özünün, hətta ailə üzvlərinin şəxsi təyyarələri olmasın. Ən azından yaxış keçmişə - böhran əlamətləri özünü göstərənə qədər belə idi.

Oliqarxların cürbəcür təkərli oyuncaqlardan - dəbdəbəli avtomobillərdən bezib "göyə çıxmaları" təxminən Azərbaycana iri neft pullarının daxil olmasından sonra başladı. Onlar əvvəlcə özlərinə salonu xüsusi sifarişlə yığılmış laynerlər sifariş etdilər, daha sonra qanadlı oyuncaqlardan uşaqlarına da almağa başladılar.

Belə qanadlı oyuncaqların qiyməti isə bir qayda olaraq on milyonlarla dollardır. Söhbət cürbəcür "Gulfstream"lardan, "Bombardier"lərdən, "Falcon"lardan gedir. Hansı ki, onların dəyərinin on milyonlarla dollarla ölçülməsi bir yana, saxlanılması da hər il xeyli xərc tələb edir.

Oliqarxların aviaparkları bir qayda olaraq xarici ölkə aeroportlarında dislokasiya olunub, onları saxlamaq üçün aeroport kirayəsi, pilotlardan ibarət komanda, yerüstü xidmətlər və s. üçün əlavə xərclər tələb olunur.

Beləliklə, özəl təyyarə sahibi olmaq Azərbaycanda oliqarxlar arasında dəb kimi sürətlə yayılmağa başladı. İş hətta o yerə çatdı ki, Xəzərdə süni adalar yaradıb üzərində 1 milyon adamın yaşayacağı şəhər salmaq kimi fantastik layihəni başladan Hacı İbrahim Nehrəmli də özəl "Bombardier"in fonunda geniş təbəssümü ilə obyektivlər qarşısına keçdi.

Hərçənd ki, sonradan onun Azərbaycan Beynəlxalq Bankına yüz milyonlarla dollar kredit borcunun olduğu, "Xəzər adaları"nın heç bir iqtisadi perspektivi olmayan, pulları dənizə tökməkdən başqa bir işə yaramayan layihə olduğu üzə çıxacaqdı.

Azərbaycan Beynəlxalq Bankı demişkən, bu bankın hazırda "Bandotdel"də sağa-sola səpələdiyi milyardlarla dollarlıq kreditlər haqda düşüncələrə dalan keçmiş rəhbəri Cahangir Hacıyev də "qanadlı oyuncaq" sahibi olan oliqarxlar arasında idi. Özü də onun "qarajında" bir yox, iki özəl təyyarə olub - biri özünün, biri xanımının.

Bəs necə?! Cənab Hacıyev qızıldan qiymətli vaxtını boşa xərcləyib hansısa "business-class"da uçmalıdır? Yaxud onun xanımı Parisə, Londona bazarlığa gedəndə adi sərnişin təyyarəsindən istifadə etməlidir? Ölkənin ən iri bankını faktiki olaraq talan edən bankir heç özünə bu cür qənaəti rəva bilərdimi? Bəyəm Cahangir Hacıyev Britaniyanın baş naziri Devid Kemerondur ki, qızı ilə birlikdə adi sərnişin təyyarəsinin "econom-class"ında uçsun?

İndi isə deyilənə görə, Cahangir Hacıyev təyyarələrini satışa çıxarıb. Deyəsən, özəl təyyarə ona uzun müddət lazım olmayacaq...

Oliqarxların gündəlik məişətinə bələd olan mənbələr onu da deyirlər ki, təyyarələrini satışa çıxaranlar təkcə Cahangir Hacıyev və müflis olmuş digər kredit oliqarxları deyil. Hətta bəzi qüdrətli nazirlər də öz aviaparklarına əl gəzdirməyə başlayıb və özəl təyyarələrdən heç olmasa birini satışa çıxarıb.

Deyəsən, onlar da başa düşməyə başlayıb ki, neftin qiyməti 40 dollaradırsa, nəsə qənaət etmək lazımdır və hələlik bir təyyarə ilə yola vermək, ən bəd ayaqda lazım olanda təyyarəni özəl aviaşirkətlərdən kirayələmək olar...
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Aparıcı Zaur müğənni Damlanın cüzdanından 3500 manat çıxardı... - FOTO

21 Sentyabr 2017 00:23

ABŞ-da məktəbdə atışma olub, xəsarət alan var

21 Sentyabr 2017 00:22

Yaponiyada 6,1 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 00:15

Astroloji proqnoz - 21 sentyabr

21 Sentyabr 2017 00:13

Prezident BMT-də ASAN Xidmət barəsində danışdı

20 Sentyabr 2017 23:59

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 23:55

Deputat: "Gürcüstanın bəzi bölgələrində təbii qazın qiyməti nəzərdə tutulduğundan çox artırılıb"

20 Sentyabr 2017 23:52

Azərbaycan neftinin SON QİYMƏTİ - 57 dolları keçdi

20 Sentyabr 2017 23:43

Soyğunçular polis bölməsindən oğurluq etdi -

20 Sentyabr 2017 23:40

Bakıda keçiriləcək finalın dəqiq tarixi bəlli oldu

20 Sentyabr 2017 23:39

Bakıda 36 yaşlı qadını avtomobil vurub

20 Sentyabr 2017 23:32

Bakıda iki maşın yandı

20 Sentyabr 2017 23:24

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin baş katibiylə görüşüb

20 Sentyabr 2017 23:24

Azərbaycan Prezidenti Nyu-Yokda BMT-nin baş katibi ilə görüşüb

20 Sentyabr 2017 23:22

Abadi -

20 Sentyabr 2017 23:18

Türkiyədə uşaqlara daha çox hansı adların verildiyi açıqlanıb

20 Sentyabr 2017 23:17

Bakı metrosunda 9 yeni stansiya tikiləcək

20 Sentyabr 2017 23:13

AFFA prezidenti: “Etimadı doğruldacağıq”

20 Sentyabr 2017 23:04

Emzar Kviçiani: "Mübarizəmizi sonadək davam etdirəcəyik"

20 Sentyabr 2017 23:02

Bu uşağın iki üzü , 4 əli, 4 ayağı var -

20 Sentyabr 2017 23:00

"Qarabağ" - "Roma" oyununa bilet ALMAĞA TƏLƏSİN - yalnız 2 manatlıq biletlər qaldı

20 Sentyabr 2017 22:58

Ərdoğan Putinlə görüşəcək

20 Sentyabr 2017 22:54

Azərbaycanda nikahdankənar uşaqların ən çox və ən az doğulduğu bölgələrin adları açıqlanıb

20 Sentyabr 2017 22:52

İlham Əliyev amerikalı həmkarı Donald Tramp və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 22:40

Bank işçilərinə əsəbləşdi -

20 Sentyabr 2017 22:36

Gəncədə maşın piyadanı vurdu

20 Sentyabr 2017 22:34

9 aylıq hamilə olmasına heç kim inanmır - FOTOLAR

20 Sentyabr 2017 22:28

Yaponiyanın Honsü adasında 6,1 bal gücündə zəlzələ olub

20 Sentyabr 2017 22:27

Makron -

20 Sentyabr 2017 22:25

Daşkəsən sakini arvadı və qayınanasını bıçaqladı

20 Sentyabr 2017 22:19

FED uçot dərəcəsini dəyişmədi

20 Sentyabr 2017 22:13

Bu türk Meksikada zəlzələ baş verəcəyini əvvəlcədən demişdi -

20 Sentyabr 2017 22:10

Prezident İlham Əliyev Trampla görüşdü

20 Sentyabr 2017 22:09

105 yaşlı gəminin qalıqları yoxa çıxır

20 Sentyabr 2017 21:58

Mətanət İsgəndərlinin qızının toyundan - GÖRÜNTÜLƏR

20 Sentyabr 2017 21:49

Elektrik enerjisinə görə ödənişlərlə bağlı -

20 Sentyabr 2017 21:49

Gəncədə avtomobil piyadanı vurub

20 Sentyabr 2017 21:47

Həkimlər pişiklərdən uzaq durmağı tövsiyyə edir - Cinsi xəstəliyə yol açır

20 Sentyabr 2017 21:43

Tibb kollecini bitirən oğlan tələbəyə "tibb bacısı" diplomu verilib - VİDEO

20 Sentyabr 2017 21:33

Zidan "Real"la yeni müqavilə imzaladığını açıqladı

20 Sentyabr 2017 21:28

Elmar Məmmədyarov: "Azərbaycan beynəlxalq norma və prinsiplərin qorunması istiqamətində davamlı səylər göstərir"

20 Sentyabr 2017 21:27

Ruhani: “ABŞ razılaşmaları pozur, özünə qarşı etimadı sarsıdır”

20 Sentyabr 2017 21:18

Rövnəq Abdullayev: "UEFA Avropa Liqasının Bakıda keçirilməsi ilə bağlı qərar hər birimiz üçün çox sevindiricidir"

20 Sentyabr 2017 21:17

Azərbaycan Prezidenti: "Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, təcavüzkarı yenidən cəzalandıracaq"

20 Sentyabr 2017 21:17

İlham Əliyev -

20 Sentyabr 2017 21:15

30 yaşlı qadın özünü asdı - Daşkəsəndə

20 Sentyabr 2017 21:14

İlham Əliyev -

20 Sentyabr 2017 21:04

2034-cü ildən sonra qaz dünyada əsas enerji mənbəyi olacaq

20 Sentyabr 2017 21:02

Yasamal rayonunda mənzil qarət olunub - VİDEO

20 Sentyabr 2017 20:58

İlham Əliyev -

20 Sentyabr 2017 20:58