İran Rusiyadan T-90 tankı almaq niyyətində olduğunu bildirib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə İranın quru qoşunlarının komandiri Əhməd Reza Purdastan Tehranda yerli jurnalistlərə açıqlamasında bildirib.
"Bizim Rusiya ilə hərbi sahədə əməkdaşlığımız güclənib. Bu səbəbdən Rusiyadan T-90 tankının alınması gündəmdir. Ümid edirik ki, müvafiq razılıq əldə ediləcək və bizim mütəxəsisslərimiz Rusiyaya bu müasir texnikanın istifadə edilməsi qaydalarını öyrənmək üçün yollanacaqlar", - general deyib.
Milli.Az