Qəbulda Qəbələ, Ağdaş, Göyçay, Ucar rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıları iştirak edə bilər.
Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar fondun info@sspf.gov.az elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər.
Qəbulda iştirak edəcək vətəndaşların dekabrın 16-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.