Azərbaycan dilinin normalarına əməl olunması ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb

Azərbaycan dilinin normalarına əməl olunması ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb
12:52 9 Dekabr 2015
29 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 9 dekabr. REPORT.AZ/ “Küçə adları, reklam və afişaların dili ilə bağlı aparılan monitorinq zamanı üç rayon ərazisində 3800-dən çox obyektdə 1300-ə yaxın norma pozuntusu aşkarlanıb". “Report” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Monitoriq şöbəsinin rəhbəri Rasim Heydərov deyib. 
Monitorinqin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında R.Heydərov bildirib ki, araşdırma Bakının Səbail, Nəsimi və Nərimanov rayonları ərazisində aparılıb. O qeyd edib ki, aşkarlanan nöqsanlar tədqiqata cəlb edilib: “Obyektin növünə görə qruplaşdırdıqda nöqsanlar ticarət, iaşə obyektlərinin, ofislərin, müəssisələrin adlarında, yerdə qalanları isə digər obyekt adlarında qeydə alınıb. Şəhər mərkəzinə getdikcə norma pozuntuları daha da çoxalır. Sanki xarici ölkəyə daxil olursan”. 
Monitorinq şöbəsinin rəhbəri bildirib ki, aşkarlanan faktların çox hissəsi özəl obyektlərə aiddir.
R.Heydərovun sözlərinə görə, faktların 165-i obyekt adında qeydə alınıb: “Digər kiçik göstəricilər isə müvafiq olaraq məlumat lövhəsi, reklam lövhələri və küçə adlarında qeydə alınıb. Nümunələrdə qeydə alınan başlıca nöqsanlar adın əcnəbi dildə və qrafika ilə, mətnin əcnəbi dildə yazılması ilə bağlıdır. Əcnəbi dildə və əcnəbi qrafika ilə 166, əcnəbi dildə isə 45 pozuntu aşkar olunub”.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/azerbaycan-dilinin-normalarina-emel-olunmasi-ile-bagli-aparilan-monitorinqin-neticeleri-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR