Bank of Baku “Günəşli” yatağındakı faciədə itkin düşən və həlak olan neftçilərin kredit borclarını bağışladı

13:08 9 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bank of Baku itkin düşən və həlak olan neftçilərin kreditləri ilə bağlı qərar qəbul etdi.

Bankdan Trend-ə verilən məlumata görə, 4 dekabr 2015-ci il tarixində “Günəşli” neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində yaşanmış faciə bütün ölkəni olduğu kimi, Bank of Baku ailəsini də sarsıtdı.

Yanğında həyatını itirən və itkin düşən neftçilər arasında, sayı 11 olmaqla, Bankın daimi müştəriləri də var. Bank of Baku, faciə nəticəsində həyatını itirmiş və itkin düşmüş neftçilərin ailələrinə dəstək məqsədi ilə, həmin neftçilərin bankda mövcud olan bütün kredit borclarının bağışlanması qərarını qəbul edib.

Bank of Baku, neftçilərin vəfatından kədərləndiyini bildirir, onların ailə və doğmalarına dərin hüznlə başsağlığı verir.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR