Multikulturalizm Mərkəzi İtaliyada monitorinq keçirib

Multikulturalizm Mərkəzi İtaliyada monitorinq keçirib
14:59 9 Dekabr 2015
28 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi İtaliyanın La Sapienza Universitetində növbəti monitorinqini keçirib. Lent.az-ın məlumatına görə, monitorinqi Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrasının müdiri Aytən Qəhramanlı aparıb.

 

İki gün davam edən monitorinqin birinci günündə  La Sapienza Universitetində Azərbaycan Multikulturalizmi fənnini tədris edən İrina Kunina “Azərbaycanda multikulturalizm:tarixi, mahiyyəti və əsas xüsusiyyətləri mövzusunda mühazirə keçib.

 

Monitorinqin ikinci günündə A. Qəhramanlı  Azərbaycan multikulıturalizmi fənninin tədris edildiyi 15 tələbəyə “Azərbaycan cəmiyyətində etnik və etno-dini müxtəliflik” mövzusunda mühazirə oxuyub. Mühazirədə Azərbaycan multikulturalizmi fənnini tədris edən İrina Kunina və La Sapienza universietinin kafedra müdiri Daniel Pommer də iştirak ediblər.

 

Mühazirənin sonunda tələbələr Azərbaycan dili, Azərbaycan multikulturalizmi modeli və  Ermənistan- Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinə dair müxtəlif suallar veriblər.

 

Monitorinq zamanı A. Qəhramanlı  universitetinin dekanı F. Biodjini və professor  C. Motto ilə görüşüb. Görüşdə Azərbaycanla əməkdaşlığın çox yüksək qiymətləndirildiyi  və gələcəkdə də bu əməkdaşlığın davamlı olması arzusu bildirilib. Qeyd olunub ki, Azərbaycan multikulturalizmi fənninin tədrisi və təbliği sahəsində İtaliyada çox səmərəli əlaqələr qurulub və Azərbaycanın əsrlərdən bəri formalaşan tolerantlıq mühitinə çox böyük maraq var.

 

Xatırladaq ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetdə bu fənn tədris edilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224557

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR