Qəbələdə Ulu Öndərin xatirəsinə həsr edilən taekvondo yarışları başa çatıb

Qəbələdə Ulu Öndərin xatirəsinə həsr edilən taekvondo yarışları başa çatıb
17:13 9 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Qəbələ, 9 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Qəbələ rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən yeniyetmə və gənclərin taekvondo üzrə turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının Qəbələ rayon bölməsinin təşkilatçılığı ilə “Qafqaz Sport” otelinin idman zalında təşkil edilən turnirdə Bakı, Sumqayıt, Qəbələ, Ağdaş, Şamaxı, Kəlbəcər, Cəbrayıl, Ağsu və digər rayonlardan olan 160 oğlan və qız idmançı mübarizə aparıb.
Turnirin açılış mərasimində ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, yarışın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı yolunda misilsiz xidmətlərini, idman sahəsində apardığı islahatları gənc nəslə çatdırmaq, həmçinin taekvondo idman növünü respublikada inkişaf etdirmək, yeniyetmə idmançılarda yarış təcrübəsini və ustalığı artırmaq, taekvondo üzrə yığma komandanın tərkibini müəyyənləşdirməkdən ibarətdir.
Gərgin mübarizə şəraitində keçən turnirdə qalib idmançılara diplomlar təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qebelede_Ulu_Onderin_xatiresine_hesr_edilen_taekvondo_yarislari_basa_chatib-909698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR