"Time" jurnalı "İlin adamı"nı seçib

"Time" jurnalı "İlin adamı"nı seçib
17:27 9 Dekabr 2015
23 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 9 dekabr. REPORT.AZ/ ABŞ-ın "Time" jurnalı "İlin adamı"nı seçib.
"Report" AFP-yə istinadən xəbər verir ki, bu ada Almaniya kansleri Angela Merkel layiq görülüb.
Daha öncə açıqlanan namizədlərin "qısaldılmış siyahısı"nda 8 nəfərin adı var idi. Onlar arasında Rusiya prezidenti Vladimir Putin, Ağ evin sahibi uğrunda seçkilərdə iştirak edən amerikalı milyarder Donald Tramp, eləcə də İran prezidenti Həsən Ruhani yer almışdı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR