Türkan Şoray "Günəşli" yatağındakı faciə ilə bağlı başsağlığı verib

Türkan Şoray "Günəşli" yatağındakı faciə ilə bağlı başsağlığı verib
23:17 9 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 9 dekabr. REPORT.AZ/ Türkiyənin tanınmış aktrisası Türkan Şoray dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağında baş verən və insan tələfatı ilə nəticələnən faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
"Report" xəbər verir ki, bu barədə o, rejissoru olduğu "Uzaklarda arama" filminin Bakıdakı qala gecəsindən sonra keçirilən mətbuat konfransında bildirib.
Jurnalistlərin suallarını cavablandıran türkiyəli aktrisa, Azərbaycanda filmə çəkilmək arzusunda olduğunu, həmçinin azərbaycanlı həmkarları ilə birgə layihə həyata keçirmək istədiyini diqqətə çatdırıb.
O, həmçinin 1978-ci ildə rejissor Əjdər İbrahimovun "Məhəbbətim mənim, kədərim mənim" filmində Məhin Banu obrazını canlandırdığını da xatırladıb.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/turkan-soray-gunesli-yatagindaki-facie-ile-bagli-bassagligi-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR