Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində “Açıq qapı günü” təşkil edilib

11:48 10 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, Xatirə Cəfərova, AZƏRTAC
Dekabrın 10-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün “Açıq qapı günü” təşkil edilib.
AZƏRTAC xəbər verir ki, QKDK aparatının rəhbəri Bəxtiyar Əzizov “Açıq qapı günü”nün keçirilməsinin ictimaiyyətin və KİV nümayəndələrinin komitənin struktur bölmələrinin fəaliyyəti ilə daha yaxından tanış olmaq imkanı yaratdığını bildirib. B.Əzizov tədbirin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı çərçivəsində şəffaflığın artırılması istiqamətində həyata keçirildiyini qeyd edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR