Bakıda ilk dəfə “Klounların qış paradı” adlı şou nümayiş etdiriləcək

Bakıda ilk dəfə “Klounların qış paradı” adlı şou nümayiş etdiriləcək
14:42 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ Bakı Dövlət Sirkində ilk dəfə “Klounların qış paradı” adlı şou nümayiş etdiriləcək.
"Report" xəbər verir ki, dekabrın 25-dən başlayacaq proqramın özəlliyi bütün nömrələri klounların ifa etməsi olacaq.
Sirk şousunda hava gimnastları, əhlilləşdirilmiş heyvanların maraqlı nömrələri, monosikl, akrobatların çıxışları təqdim olunacaq.
Məlumata görə, korde-baletin müşayiətlə göstərilən nömrələrdə xüsusi işıq effektlərindən istifadə ediləcək. Yeni il günlərinə təsadüf etdiyinə görə, proqramda Şaxta baba və Qar qız da iştirak edəcək.
Qeyd edək ki, iki saat davam edən “Klounların qış paradı” proqramı 2016-cı il yanvarın ilk ongünlüyünədək təqdim ediləcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/bakida-ilk-defe-klounlarin-qis-paradi-adli-sou-numayis-etdirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR