Bakı. 10 dekabr. REPORT.AZ/ "Ölkəmizin ətrafında hər tərəfdə yanğın olmasına baxmayaraq, dünyanın hər yerində alnımız açıqdır və daha güclü Türkiyə üçün çalışırıq".
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş nazir Davudoğlu hökumətin 2016-cı il üçün fəaliyyət planını açıqlayrkən bildirib.
Məlumata görə, hökumət başçısı gələn il bir həftə, 3 ay və 6 ay ərzində görəcəkləri işləri sadalayıb.
Baş nazir noyabrın 1-də parlament seçkisi öncəsi verdikləri vədləri yerinə yetirəcəklərini söyləyib.
Həmin vədlər arasında analıq məzuniyyəti müddətinin uzadılması və analara verilən müavinətin, aztəminatlı ailələrə ödənilən sosial yardımların, tələbələrin təqaüdlərinin, polislərin, hərbi qulluqçuların və əsgərlərin əmək haqlarının artırlması, iş adamlarına və kənd təsərrüfatı sahəsində çalışanlara yardımın edilməsi də var.
Hökumətin bir illik fəaliyyət proqramında ölkədə siyasi, ictimai, hüquqi və s. sahələrdə aparılacaq islahatlar da yer alıb.