Gecə saat 3 radələrində Xaçmaz rayonunda 2 saylı poçt şöbəsinə basqın olub.
Xaçmaz regional poçt filialının rəisi Ənvər Mehyəddinovun ANS PRESS-ə verdiyi xəbərə görə, basqınçılar içəri daxil olsalar da kiçik dəmir qutudan başqa heç nə apara bilməyiblər: "Dəmir qapıya lom ataraq, divarı bir az qırıblar və icəri daxil olublar. İçəridə bütun poçt şöbələrində yanmayan seyflər var. Yanmayan seyfə yaxınlaşıblar. Amma aça bilməyiblər və otağın icindəki dəmir qutunu aparıblar."
Xaçmaz polis şöbəsində faktla bağlı araşdırma başlanıb.