Türkiyədə Rusiya vətəndaşlarını deportasiya etdi

Türkiyədə Rusiya vətəndaşlarını deportasiya etdi
16:47 10 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Suriya ilə həmsərhəd Hatay vilayəti ərazisində çəkiliş aparan 4 Rusiya vətəndaşı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

APA-nın "ahaber.com"a istinadən verdiyi məlumata görə, hərbi zona sayılan ərazidə çəkiliş aparan şəxslər jurnalist olduqlarını bildirsələr də, onların üzərində bunu təsdiqləyən sənədlər olmayıb. Nəticədə lazımi prosedurlar həyata keçirildikdən sonra Rusiya vətəndaşları Türkiyədən deportasiya ediliblər.

Xatırladaq ki, dekabrın 7-də Hatay ərazisində Rusiyanın "Rossiya 1" telekanalının çəkiliş qrupu saxlanılıb və ölkədən qovulub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR