O, iki ölkə arasında mövcud olan tarixi dostluq və əməkdaşlıq münasibətlərinin son illər daha da inkişaf etdiyini bildirib və parlamentlərarası əməkdaşlığın daha da genişləndiyini vurğulayıb. Uong Chu Luu YAP-ı parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.
M.Qurbanlı Azərbaycanın hər zaman Vyetnam ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulayıb. O, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi üçün hər iki parlamentdə mövcud olan dostluq qruplarının üzvlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyini bildirib. M.Qurbanlı, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həmsöhbətinə məlumat verib və Azərbaycanın haqlı mövqeyinin hər zaman Vyetnam tərəfindən dəstəklənəcəyinə inandığını vurğulayıb.

