Əməliyyat məlumatı əsasında müəyyən olunub ki, Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycana gətirilməsi içərisində üçün narkotik maddələr olan bağlama gizlədilib.
Dövlət sərhədi yaxınlığında gizlədilən 2 ədəd bağlamada 6 kiloqram 190 qram heroin, 3 kiloqram 65 qram marixuana, 1 kiloqram 160 qram tiryək və 30 ədəd “Metadon” adlı həb aşkar edilərək götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.