Bakı Yeni ilə belə hazırlaşır (FOTO, VİDEO)

Bakı Yeni ilə belə hazırlaşır (FOTO, VİDEO)
14:21 11 Dekabr 2015
79 Digər
Ölkə mətbuatı
A- A+

Artıq yeni ilə sayılı günlər qalıb. Bakının bir çox yerlərində də bayrama hazırlıq işləri start götürüb.

ANS PRESS-in məlumatına görə, hər il olduğu kimi, bu il də Yeni illə bağlı paytaxt bayrama xüsusi hazırlaşır. Bayram yarmakası keçirilib, yolkalar qurulur, şəhər yeni il atributları bəzədilir...



Bu ildə paytaxtın ən böyük yolkası Hökumət Evinin, Azadlıq meydanında olması nəzərdə tutulub. Hələlik tam hazır olmasa da, bu yolkanın hündürlüyünün 40 metrə çatacağı deyilir. Bu da ölkənin ən böyük meydanına daha da gözəllik qatacaq.

Bayramla əlaqədar paytaxtın bir çox yerində, o cümlədən milli parkın ərazisində də yolkaların qurulması planlaşdırlıb.




Neftçilər prospekti, Azneft dairəsindəki Yeni İl yolkasının hündürlüyü isə 20 metrdir. Bu, birinci yolkadan 2 dəfə kiçik olsa da, onun da özünə məxsus özəlliklərinin olacağı bildirilir. Hazırda sadəcə yolkanın dəmir konstruksiyaları qurulub. Tam başa çatması isə bir neçə gün çəkəcək.

Daha bir yolkaya Nobel prospektində rast gəlinir. Dəmir konstruksiyalardan qurulmuş bu yolka digərlərindən həm hündürlüyünə, həm də sadəliyinə görə fərqlənir. Yolka işıqlarla bəzədilib və gecə saatlarında xüsusilə göz qamaşdırır.




Bəzi fərziyyələrə görə Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə isə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir

Bu bayramın yaranmasının necə əsrlik tarixi var. Yeni il bütün dünyada keçirilir. Bünya ölkələrinin Yeni illə bağlı bir birindən maraqlı adət-ənənələri var. Məsələn, İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ailə başçısı — ata zibil atmaq bəhanəsilə evdən çıxır və Yul Tomten (Şaxta baba) obrazında qayıdır və uşaqlara hədiyyələr paylayır.

İtaliyada yeni ildə uşaqların isə Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir. Bu ölkədə Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti var.


Böyük Britaniyada bayram günü evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir. Gecə düşərkən ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapı bağlanır və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir.

Yeni ildə İslandiyada kiçiklər öz valideynlərini xeyli təəccübləndirirlər. Bu balaca çoxbilmişlər Şaxta babanın onlara göz qoymasından ehtiyatlanaraq ay boyu özlərini yaxşı aparır, dəcəllik etmirlər. Əks halda bayram gecəsi sobanın yanına qoyduqları çəkmələrin içində kartof və ya bir parça kömür tapa bilərlər.

Almanlar Yeni il gecəsi saat 12-ni vurarkən ovuclarında metal pul sıxaraq tullanırlar. İnanırlar ki, bunu etsələr yeni il daha bərəkətli olacaq.

Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir. Bayramın əsas qəhrəmanı isə fin Şaxta baba - Youlupukkidir.

Yeni il Rusiyada ən çox sevilən bayramdır. Uşaqlar yeni ildən hədiyyələr, böyüklər isə səadət, xoşbəxtlik gözləyir. Bu ənənənin əsası 300 il bundan əvvəl Birinci Pyotrun əmri ilə qoyulub.


Yeni il İsveçrədə


Yeni il Böyük Britaniyada


Yeni il Rusiyada



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=367024

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR