Türkiyədə ağır yol qəzası baş verib: 11 ölü, 2 yaralı

Türkiyədə ağır yol qəzası baş verib: 11 ölü, 2 yaralı
12:32 12 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 dekabr. REPORT.AZ/ Türkiyənin Van şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, qəzada əksəriyyəti tələbələr olmaqla, 11 nəfər ölüb, 2 nəfər yaralanıb.
Belə ki, Erciş rayonundan Vana hərəkət edən mikroavtobus Erciş-Van avtomobil yolunda qarşı tərəfdən gələn yük maşını ilə toqquşub.
Yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıb.
Hadisə ilə bağlı istintaq davam edir.


Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyede-agir-yol-qezasi-bas-verib-11-olu-2-yarali

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR