Rusiyanın xalq artisti vəfat edib

Rusiyanın xalq artisti vəfat edib
16:11 12 Dekabr 2015
30 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyanın xalq artisti, teatr və kino aktyoru İqor Kaşinçev vəfat edib.

Axşam.az "Report"a istinadən xəbər verir ki, bu barədə məlumatı aktyorun uzun illlər çalışdığı Mayakovski Teatrı yayıb. Aktyorla vida mərasimi dekabrın 14-də Mayakovski Teatrında olacaq və o, elə həmin gün torpağa tapşırılacaq.

Qeyd edək ki, İqor Kaşinçev 1932-ci ildə anadan olub.

1955-ci ildə MXAT studiya məktəbini bitirən İqor Kaşinçev 7 teatrda çalışıb. 1963-cü ildən kinoya da çəkilməyə başlayan aktyor burada ikinci dərəcəli rolların əvəzsiz ifaçılarından biri olub.

Onun yaratdığı fırıldaqçı, avantürist, mafiya nümayəndəsi rolları tamaşaçıların rəğbətini qazanıb. "Fitil" yumoristik kino-jurnalında çəkilən aktyor həm də bədii qiraətçi kimi tanınıb.

Mərhum aktyor 22 il Mayakovski Teatrında çalışıb.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42383

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR