Ümummilli lider Heydər Əliyev bəşəri keyfiyyətlərə sadiq qalan böyük şəxsiyyət idi

Ümummilli lider Heydər Əliyev bəşəri keyfiyyətlərə sadiq qalan böyük şəxsiyyət idi
18:23 12 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də ümummilli liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlmiş Bakı Şəhər Fəvvarələr İdarəsinin əməkdaşı Mirhəşim Nəbiyev deyib ki, ümummilli liderin ruhu qarşısında mənəvi borcumu yerinə yetirmək üçün bura gəlib. Ulu Öndərimizin uzaqgörən və məqsədyönlü siyasəti sayəsində Azərbaycanda müasir tələblərə cavab verən elm və təhsil sistemi yaranmış, sənaye inkişaf etmiş, aqrar sahədə köklü islahatlar aparılmış, iqtisadiyyatın bütün sahələrində məhsul istehsalı artmış, beynəlxalq aləmdə ölkəmizin nüfuzu yüksəlib. Heydər Əliyev qətiyyətli, qeyrətli, dünya miqyasında tanınmış dahi liderdir.
Ümummilli liderimiz Heydər Əliyev dünya tarixində özünə layiq yer tutan bir şəxsiyyətdir. Onun Azərbaycan xalqı üçün gördüyü işlər böyükdür və əvəzsizdir.
Nə qədər Azərbaycan xalqı yaşayacaq, Heydər Əliyevin də xatirəsi əziz tutulacaqdır. Xalqımız öz böyük oğlunun xatirəsini dərin hörmətlə yad edir, onun ruhu qarşısında baş əyir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Umummilli_lider_Heyder_Aliyev_beseri_keyfiyyetlere_sadiq_qalan_boyuk_sexsiyyet_idi-910769

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR