Sinam” şirkətinin gömrük sahəsindəki yenilikləri 6 ölkədə tətbiq oluna bilər

05:08 14 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Avropa İttifaqının Rəqəmli Bazarların Harmonizasiyası (HDM) üzrə Strateji Təşəbbüs proqramı Azərbaycanın “Sinam” şirkətinin hazırladığı gömrük orqanlarının optimallaşdırılması üçün nəzərdə tutulmuş “Risklərin idarəetmə informasiya sistemi”ni öyrənir.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, sistemin əsas məqsədi gömrük işində risklərin idarə edilməsi üçün qərarların qəbul olunmasını təmin etməkdən ibarətdir. Sistem risklərin aşkarlanması, qaçaqmalçılıq hallarının qarşısının alınması, yüklərin fiziki yoxlanılmasının minimallaşdırılması, rəsmiləşdirmə xərclərinin azaldılması, kadr və texnika potensialının istifadəsinin effektiv təşkilini nəzərdə tutur. Sistem Ümumdünya Gömrük Təşkilatının tövsiyə və qaydalarına əsasən hazırlanıb.
Risk-menecment modelinin hazırlanması və onun gömrükdə tətbiqi prosesi 2016-2017-ci illərdə Strateji Təşəbbüs proqramına üzv olan ölkələrdə (Azərbaycan, Gürcüstan, Moldova, Ermənistan, Belarus və Ukrayna) tətbiq oluna bilər.
“Sinam” şirkəti tərəfindən təklif edilən model gömrük sistemində yüksək texnologiyaların müasir tətbiq trendlərini nəzərdə tutur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR