Bakıda dayısı bacısı oğlunu qətlə yetirib

10:08 14 Dekabr 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda dayısı bacısı oğlunu qətlə yetirib.

Bakı şəhər Prokurorluğundan Trend-ə bildiriblər ki, dekabrın 14-ə keçən gecə saat 01:00 radələrində 1994-cü il təvəllüdlü Lökbatan qəsəbə sakini Zaur Novruzov dayısı Vahid Novruzov tərəfindən yetirilimiş bıçaq zərbəsi nəticəsində xəstəxanaya aparılarkən yolda ölüb.

Qətl hadisəsinə səbəb Zaurun anası 1974-cü il təvəllüdlü Təranə Hüseynova ilə dayısı Vahid Novruzov arasında ailə münaqişəsi zəmnində mübahisə olub. Zaur Novruzov bunları aralayan zaman dayısı tərəfindən bud nahiyəsindən bıçaq zərbəsi alıb.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2469127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR