“28 May” və “Uğur” komandaları intellektual turnirin finalında Tərtər rayonunu təmsil edəcək

“28 May” və “Uğur” komandaları intellektual turnirin finalında Tərtər rayonunu təmsil edəcək
15:13 14 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Tərtər, 14 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən icra edilən “İntellektual oyunlar vasitəsilə vətənpərvərliyin təbliği” layihəsi çərçivəsində intellektual oyun üzrə növbəti seçim turu Tərtərdə keçirilib.
AZƏRTAC xəbər verir ki, layihə rəhbəri, “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov tədbirdə çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışıb, layihə haqqında ətraflı məlumat verib. Bildirilib ki, layihənin məqsədi region gəncləri arasında intellektual oyunların populyarlaşdırılması yolu ilə vətənpərvərlik ruhunun daha da yüksəldilməsinə dəstək olmaqdır.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini Elvin Umudov, gənclər və idman idarəsinin baş məsləhətçisi Müşviq Həsənov çıxışlarında gənclərin vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkil edilməsi və intellektual səviyyəsinin yüksəldilməsi baxımından layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Tədbir rayonun ümumtəhsil məktəblərinin 8 komandasının iştirakı ilə “Nə? Harada? Nə zaman?” formatında intellektual turnirlə davam edib. Gərgin mübarizə şəraitində keçən turnirdə “28 May” və “Uğur” komandaları daha yaxşı nəticə göstərərək, 8 rayon arasında Beyləqan rayonunda keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR