Ermənistanın valyuta ehtiyatları il ərzində 25 faiz azalıb

11:57 30 Dekabr 2014
78 Dünya
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 11:56 ]

Bakı. Rüfət Əhmədzadə – APA. Ermənistanın beynəlxalq valyuta ehtiyatları 2013-cü ilin noyabrına olan göstəricilərlə müqayisədə 25 faiz azalıb.

APA-nın “Azadlıq” radiosunun erməni redaksiyasına (“Radio Azatutyun”) istinadən verdiyi məlumata görə, Ermənistanın beynəlxalq ehtiyatları 2 milyard 20 milyon dollardan 1 milyard 537 milyon dollara düşüb.

 

İqtisadçı Vahan Xaçatryan bildirib ki, bu, 2009-cu ildən bəri ən aşağı göstəricidir və Ermənistanın nüfuzuna ciddi zərbə vurur: “Nəticə olaraq, bu, ona gətirib çıxarır ki, ölkə ödəmək qabiliyyətindən məhrum hesab olunur. Yəni Ermənistanla maliyyə sahəsində iş görən beynəlxalq təşkilatlar və ya ölkələr əməkdaşlığı kəsə bilərlər. Məsələn, bu il 280 milyon dollar və ya daha artıq kredit verilməsi planlaşdırılır. O kreditin məbləği ya azaldılacaq, ya da olmayacaq”.

 

Ermənistanın Mərkəzi Bankı hələ bu ilin dekabrına olan göstəriciləri açıqlamayıb. Bununla belə, V. Xaçatryanın sözlərinə görə, gələn ilin əvvəllərində Ermənistanın beynəlxalq ehtiyatlarının artması üçün heç bir əsas yoxdur. İqtisadçının fikrincə, milli valyutanın möhkəmlənməsində də optimizmə əsas yoxdur: “Hər halda, iqtisadiyyatda daxili və xarici planda yaranmış vəziyyət xoşagələn deyil. Ötən həftə ərzində yenidən dramın devalvasiyası baş verdi”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR