“Günəşli”dəki qəza ilə bağlı ekoloji fəsadların qarşısını almaq üçün 6 gəmi cəlb olunub

19:17 14 Dekabr 2015
31 Sosial
Ölkə mətbuatı
A- A+

Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onlardan 4-ü artıq mümkün neft dağılmalarının və yayılmasının qarşısını almaq məqsədi ilə xüsusi bonları su səthinə düzüb.
"Bu bonlar neft dağılmalarının və yayılmasının qarşısını alır, onlara yığılan neft, nasoslar vasitəsi ilə gəmilərə doldurulur və utilizasiya üçün xüsusi məntəqələrə çatdırılır. Bununla da, mümkün ekoloji fəsadların qarşısı əvvəlcədən alınmış olur"- deyə, məlumatda qeyd olunub.
Xatırladaq ki, dünya təcrübəsində dənizdə neft sızıntılarının aşkarlanması və neftlə çirklənmələrin müəyyənləşdirilməsi məqsədilə əsasən iki tip - optik və radar peyk təsvirlərindən geniş istifadə olunur. Dekabrın 8-də “Günəşli” yatağı və onun ətrafının peyk çəkilişləri aparılmış və yataq ətrafında neft ləkələri müşahidə olunmayıb. Bəzi kütləvi informasiya vasitələrində qəzadan sonra guya əraziyə neft dağılması ilə bağlı yayılmış məlumatlara rəğmən çəkilmiş şəkillər olan ərazilər “Azərkosmos” ASC, Kanadanın MDA şirkətinə məxsus “Radarsat-2” peykinin Xəzər dənizinin radar tipli peyk təsvirlərini analiz edərək, “Günəşli” yatağı və “Neft daşları” ərazilərində, eləcə də onların ətrafında neft sızıntılarına dəlalət edən ciddi ləkələrin müşahidə edilmədiyini təsdiqləyib. Görülən işlər sübut edir ki, “Günəşli” yatağındakı qəza nəticəsində baş verə biləcək istənilən ekoloji fəsadın və ərazinin ekoloji durumuna mənfi təsir edə biləcək hadisələrin qarşısı alınacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/ekologiya/gunesli-deki-qeza-ile-bagli-ekoloji-fesadlarin-qarsisini-almaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR