Azərbaycan futbolçuları üçün yeni yarış

Azərbaycan futbolçuları üçün yeni yarış
20:27 14 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki, AFFA-nın texniki direktoru Bernhard Lippert və Məşqçilər Komitəsinin üzvləri Azərbaycan Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri ilə görüş keçiriblər.

Qol.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, AFFA-nın baş katibi Elxan Məmmədovun iştirakı ilə keçirilmiş görüşdə ölkə futbolunun inkişafı, problemlərin həlli yolları müzakirə olunub. 

Əsasən, futbolçuların hazırlıq səviyyəsi, uşaq futbolunun vəziyyəti xüsusi vurğulanıb. Mövsüm ərzində futbolçuların daha çox oyun keçirməsini təmin etmək üçün Azərbaycan Premyer Liqası klublarının iştirakı ilə daha bir turnirin təşkilinin zəruriliyi qeyd olunub. Eləcə də, qış fasiləsi zamanı ölkə xaricində təlim-məşq toplanışı keçə bilməyən klubların arasında qısamüddətli turnirin keçirilməsi təklifi də səsləndirilib.

Görüş iştirakçıları təkliflərini irəli sürməklə yanaşı, müzakirələrin səmərəli və faydalı olacağına ümid etdiklərini bildiriblər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR