BMT: Suriyaya humanitar yardım üçün 3.2 milyard dollara ehtiyac var

BMT: Suriyaya humanitar yardım üçün 3.2 milyard dollara ehtiyac var
01:07 15 Dekabr 2015
21 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ "Təkcə 2016-cı ildə Suriyaya humanitar yardımın təşkili üçün 3.2 milyard dollar vəsait toplanmalıdır. Çünkü 13.5 milyon suriyalı kömək gözləyir".
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT-nin Baş katibinin Humanitar məsələlər üzrə müavini Stiven O`Brayen deyib.
O, qeyd edib ki, hazırda 6.5 milyon Suriya sakini evlərini tərk edərək ölkə daxilində müxtəlif regionlara köçüb.
"Əhalinin 72% içməli su ilə bağlı problem yaşayır. İki milyon uşaq məktəbə gedmir", - deyən Stiven O`Brayen, fevralın 4-də Londonda keçiriləcək Beynəlxalq Suriya Konfransı çərçivəsində donor dövlətlərdən və təşkilatlardan ciddi dəstək gözlədiklərini vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/bmt-suriyaya-humanitar-yardim-ucun-3-2-milyard-dollara-ehtiyac-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR