Nazirlər Kabinetinin təsdiqlədiyi elektron xidmətlərin 75 faizi “e-hökumət” portalına inteqrasiya edilib

Nazirlər Kabinetinin təsdiqlədiyi elektron xidmətlərin 75 faizi “e-hökumət” portalına inteqrasiya edilib
08:53 15 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Bu il dekabrın 1-nə olan məlumata görə, Nazirlər Kabinetinin təsdiqlədiyi 462 xidmətdən 345-i “Elektron hökumət” portalına inteqrasiya olunub.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu göstərici siyahıdakı xidmətlərin 75 faizini təşkil edir.
“Elektron xidmət növlərinin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli qərarı ilə təsdiq edilib. "Elektron hökumət" portalı 2012-ci ilin aprel ayından istifadəyə verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR