"Ford" körpüdən aşdı, yaralı var

"Ford" körpüdən aşdı, yaralı var
10:22 15 Dekabr 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+

RTV (Region TV) xəbər verir ki, bu gün səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 115-ci km-də, Siyəzən rayonunun Gilgilçay qəsəbəsi yaxınlığında yol nəqliyyat hadisəsi baş verib. "Ford" markalı avtomobil idarəetmədən çıxaraq körpüdən dərəyə aşıb. Nəticədə sürücü, 1976-cı il təvəllüdlü, Ağsu rayon sakini Şirinov Şahvələd Saməddin oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hazırda fakt araşdırılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/390333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR