Çiskin yağış, sulu qar, külək... - Sabahın havası

Çiskin yağış, sulu qar, külək... - Sabahın havası
12:54 15 Dekabr 2015
34 Sosial
Ölkə mətbuatı
A- A+

 

Dekabrın 16-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən  yağmursuz keçəcəyi, bəzi yerlərdə duman çiskin, lakin axşam şimal və şərq rayonlarda isə yağış, dağlıq rayonlarda sulu qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcə isti, gündüz  5-10 dərəcə, dağlıq rayonlarda gecə  3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

 

Dekabrın 16-sı gündüzdən 18-dək Abşeron yarımadasında meteoloji amillərin zəif və mülayim tərəddüd meteohəssas insanlar üçün əlverişlidir.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR