İqtisad Universitetinin tələbələri məktəblilərə seminar keçiblər

İqtisad Universitetinin tələbələri məktəblilərə seminar keçiblər
17:18 15 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) iqtisadiyyat və sənaye fakültəsinin ekologiya ixtisası üzrə təhsil alan tələbələri N.Nərimanov rayonundakı 37 nömrəli orta məktəbin şagirdlərinə “Ümumi ekologiya” mövzusunda seminar keçiblər.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin ekoloji qrupunun tələbələrinin apardıqları seminar şagirdlər tərəfindən maraqla qarşılanıb.
Seminarda mövzu ilə bağlı müsabiqə də təşkil olunub. Şagirdlər müsabiqədə fəal iştirak ediblər.
Sonda şagirdlərin ekologiya mövzusuna aid sualları cavablandırılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR