​Putin, Kerri və Lavrovun 3 saatdan artıq davam edən görüşü başa çatıb

​Putin, Kerri və Lavrovun 3 saatdan artıq davam edən görüşü başa çatıb
01:17 16 Dekabr 2015
19 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinin xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri ilə Kremldə keçirilən görüşü başa çatıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, nəzərdə tutulan bir saat əvəzinə 3 saatdan çox davam edib.
Bundan əvvəl iki ölkənin xarici siyasət idarələri rəhbərləri arasında Suriya, Ukrayna və gündəlikdə duran məsələlərə dair müzakirələr aparılıb.
Putin qeyd edib ki, Rusiya və ABŞ ən mürəkkəb böhranların həlli yollarını axtarır. Prezident qeyd edib ki, Rusiyanın XİN rəhbəri ona ABŞ-ın təklifləri və əlavə müzakirə tələb edən bir sıra məsələlər haqqında ətraflı məlumat verib.
Kerri öz növbəsində bildirib ki, Suriya nizamlanması üzrə danışıqlar bir sıra yeni imkanlar açır və həm Rusiya, həm də ABŞ birlikdə çox şey edə bilərlər.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/putin-kerri-ve-lavrovun-3-saatdan-artiq-davam-eden-gorusu-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR