Azərbaycan təhsilində strateji hədəflərə dair respublika elmi konfrans işə başlayıb

12:18 16 Dekabr 2015
10 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, Elvira Məmmədova, AZƏRTAC
Dekabrın 16-da Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun (TPİ) birgə təşkilatçılığı ilə “Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr” mövzusunda respublika elmi konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfransı TPİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov tədbirin əhəmiyyətindən söz açılıb.
Bildirilib ki, tədbirin məqsədi Dövlət Strategiyasına əsasən pedaqoji elmlərin vəzifələrinin müəyyənləşdirilməsi, respublikada səriştə əsaslı nəticəyönümlü yeni təhsil məzmununun yaradılması məsələlərinin reallaşdırılması üçün konkret təkliflərin hazırlanmasıdır.
Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə aparılan təhsil islahatlarından danışıb.
Sonra konfrans işini bölmə iclaslarında davam etdirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_tehsilinde_strateji_hedeflere_dair_respublika_elmi_konfrans_ise_baslayib-911631

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR