Samux sakini Gəncədə bıçaqlanıb. Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, hadisə bu gün saat 13 radələrində baş verib. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, Samux rayon Kolayır kənd sakini 42 yaşlı Muradil Misirov qarnının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilib. Kəpəz TV (Region TV) xəbər verir ki, cərrahiyyə şöbəsinə yerləşdirilən yaralı dərhal əməliyyat olunub və həkimlər Muradil Misirovun vəziyyətini orta ağır qiymətləndirirlər. Muradil Misirovun Gəncə Dövlət Dram Teatrının yaxınlığında bıçaqla vurulduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Milli.Az