Bakı Şəhər Halqası Formula 1 Avropa Qran Prisinə hazırlıq işlərini davam etdirir

Bakı Şəhər Halqası Formula 1 Avropa Qran Prisinə hazırlıq işlərini davam etdirir
12:33 17 Dekabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası gələn il iyun ayında keçiriləcək Formula 1 Avropa Qran Prisi ilə bağlı hazırlıq işlərini davam etdirir. Qurumdan Trend-ə verilən məlumata görə, paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən həyata keçirilir.

Dekabr ayının 17-dən etibarən Zərifə Əliyeva küçəsinin Azadlıq prospekti və Rəsul Rza küçəsi ilə kəsişmələri arasında olan yol hissəsi asfalt örtüyünün təmirinə bağlanıb.

Qeyd olunan təmir işlərinin 21 dekabrda yekunlaşacağı gözlənilir. Pis hava şəraiti və gözlənilməz hallar üzündən təmir işlərinin uzun sürəcəyi halda, şəhər sakinləri əvvəlcədən məlumatlandırılacaq.

Məlumat üçün Zərifə Əliyeva küçəsindən istifadə edən avtomobil sürücüləri üçün müvəqqəti olaraq Neftçilər prospekti istiqaməti ilə hərəkət təmin olunub.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və qran pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR