Putin: "Rusiya iqtisadiyyatı böhranın pik nöqtəsini geridə qoyub"

Putin: "Rusiya iqtisadiyyatı böhranın pik nöqtəsini geridə qoyub"
13:47 17 Dekabr 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin enerji qiymətlərinin düşməsi ilə əlaqədar 2016-cı il üçün nəzərdə tutulan büdcənin tənzimlənməsinin zəruriliyini etiraf edib. "Report" xəbər verir ki, V.Putin bu barədə fikri illik mətbuat konfransında bildirib.
Prezident neftin bir barelinin qiymətini 50 dollara olmasının nikbin istək olduğunu və Rusiyanın büdcəni tənzimləməli olacağını qeyd edib.
Putinin sözlərinə görə, Rusiyada cari ildə ÜDM 3,7 % azalıb, əhalinin gəlirləri, investisiyalarda azalma var.
Eyni zamanda Rusiya prezidenti ölkəsinin böhranı tədricən geridə qoyduğunu deyib: "Statistika Rusiya iqtisadiyyatının böhranın pik nöqtəsini geridə qoyduğunu göstərir".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR