[ 09 Fevral 2015 11:49 ]


Bakı/ Rəşad Süleymanov – APA. Qırğızıstanın müdafiə naziri Abibilla Kudayberdiyev fevralın 10-da Azərbaycana rəsmi səfərə gələcək.

APA-nın Müdafiə Nazirliyinin (MN) saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində qonağın MN-də görüşü planlaşdırılır.

A. Kudayberdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Səfər fevralın 13-dək davam edəcək.