"Bəzi gənclərimiz qara qüvvələrin əlində alət olur"

"Bəzi gənclərimiz qara qüvvələrin əlində alət olur"
17:22 17 Dekabr 2015
13 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzi gənclərimiz qara qüvvələrin əlində alət olur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev "Gənclər dini radikalizm və ekstremizmə "yox" deyir" mövzusunda elmi-praktik konfransda bildirib.

Onun sözlərinə görə, bu cür halların qarşısını almaq üçün təbliğat işlərində aktivlik nümayiş etdirilməlidir: "Gənclərimiz tədris ocaqlarında yalnız təhsillə məşğul olmalıdır. Təhlükəli dini cərəyanların yayılması qadağandır, bu məsələdə ailə və tədris müəssisələrinin üzərinə mühüm vəzifə düşür. KİV-lər də bu işlərdən yaxalarını kənara çəkməməlidirlər".

PA rəsmisi vurğulayıb ki, Azərbaycan gəncliyi vətənpərvərdir, dövlətçiliyinə sadiqdir: "Azərbaycanda gənclərimizi öz niyyətləri üçün istifadə etməyə çalışan bəzi radikal dini qruplar istəklərinə nail ola bilməyəcəklər. Gənclərimizin dini ekstremizm və radikalizmə qarşı mübarizəsinə biz də dəstək veririk".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR