Gözlənilən dollar qərarı verildi: Mərkəzi Bankın iki seçimi

Gözlənilən dollar qərarı verildi: Mərkəzi Bankın iki seçimi
09:12 18 Dekabr 2015
201 Digər
Ölkə mətbuatı
A- A+

Mərkəzi Bankdan müəmmalı mövqe; Vüqar Bayramov: "FES-in qərarı manata təzyiqi artırdı və bu, artıq müşahidə edilir" 

ABŞ Federal Rezerv Sisteminin (FRS) dolların baza faiz dərəcəsini 0,25-0,5 faizə qaldırması barədə qərarının dünya ölkələrinin milli valyutalarına və iqtisadiyyatlarına təsiri dünya mətbuatının əsas mövzusuna çevrilib. Xatırladaq  ki, son  9 ildə ABŞ Mərkəzi Bankı ilk dəfə idi ki, uçot dərəcəsinin artırılması haqda qərar verirdi. Düzdür, bu qərarla dünya iqtisadiyyatı hər hansı bir şok yaşamadı. Çünki uçot dərəcələrinin 0,25-dən 0,5-ə qaldırılması gözlənilən idi və demək olar ki, qlobal iqtisadiyyat buna hazır idi. 

Lakin gün başlar-başlamaz dollar bahalaşdı, avro isə hegemon ABŞ valyutasına nisbətdə dəyər itirdi. Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 17-nə olan rəsmi məzənnələrə görə, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 16-sı ilə müqayisədə 0,04% artaraq 1,0499 manat olub. Avro isə 0,72% ucuzlaşaraq 1,1394 manata düşüb.

FES-in qərarının, qlobal valyuta bazarına, ayrı-ayrı dövlətlərin valyutalarına, o cümlədən Azərbaycan manatına da təsirsiz ötüşməyəcəyi son günlər ən çox səslənən proqnozlar sırasında idi. Lakin manatın məzənnəsinin Mərkəzi Bank tərəfindən müəyyən olunması bu prosesin milli valyutamıza birbaşa təsirinin qarşısını aldı. Ancaq qarşıdakı günlərdə manatın məzənnəsində hiss ediləcək ucuzlaşmanın olacağı istisna edilmir. 

"Yeni Müsavat"a açıqlamasında  ABŞ Mərkəzi Bankının son qərarının Azərbaycan manatına təsirlərindən danışan iqtisadçı alim Vüqar Bayramov da bildirdi ki, qlobal valyuta bazarı üçün bu qərar gözlənilən idi: "Federal  Rezerv Bankının qərarına dünya valyuta bazarı, demək olar ki, hazır idi. İndi avronun kursunda dollara nisbətən cüzi azalmalar müşahidə olunur. Ancaq kəskin azalmalar yoxdur. Bu da onunla bağlıdır ki,  qlobal valyuta bazarı psixoloji və iqtisadi baxımdan FES-in qərarına hazır idi. Ancaq nəzərə alsaq ki, söhbət mərhələli şəkildə uçot faizlərinin artırılmasından gedir, bu  zaman dolların da mərhələli olaraq valyuta bazarında möhkəmlənəcəyi istisna edilmir. FES-in uçot dərəcəsinin artırılması ilə bağlı qərarı prosesin nə başlanğıcı, nə də sonudur.  Amma sözsüz ki, FES-in qərarının dünya iqtisadiyyatına, eləcə də Azərbaycan iqtisadiyyatına təsirləri var.  Manatın məzənnəsinə dolayı təsirləri var. FES-in son qərarı  manatın məzənnəsinə psixoloji baxımdan təzyiq edir". 

Ekspert bildirdi ki, bu qərarın iqtisadi təsirlərinin olacağı da istisna deyil: "Azərbaycan manatının məzənnəsi ikivalyutalı səbət əsasında müəyyənləşdiyi üçün, dolların avroya qarşı möhkəmlənməsi, birbaşa dolların manata qarşı da möhkəmlənməsinə gətirib çıxarır. Manat avroya qarşı güclənsə də, ABŞ dollarına nisbətən dəyər itirir. Yəni dolayısı ilə FES-in qərarı manatın avroya nisbətən möhkəmlənməsinə, manata nisbətən zəifləməsinə gətirib çıxarır. Bu baxımdan FES-in qərarının daha çox neft ölkələrinə təsir edəcəyi gözlənilir. Çünki FES-in qərarından sonra bahalı pul siyasəti nəticəsində dolların dəyərinin artması, strateji məhsullların, o cümlədən neftin qiymətinin azalmasına gətirib çıxaracaq". 

V.Bayramov ABŞ-ın neft ixracına qoyulan qadağanı aradan qaldırması faktına toxunaraq bunun neftin qiymətinə təsir edəcəyini vurğuladı: "Artıq neftin dünya bazarındakı qiymətində də müəyyən azalmalar müşahidə edilməkdədir. Eləcə də ABŞ-da neft ixracatına olan qadağanın aradan qaldırılması da bazarda təklifin artmasına səbəb olacaq. Əslində bazarda təklifin çoxluğu müşahidə olunurdu. Hazırda neftə olan tələbat gündəlik olaraq 94 milyon bareldir, Ancaq bazara çıxarılan neftin həcmi gündəlik 97 milyon bareldir. Yaxın bir il ərzində, yəni 2016-cı ilin sonuna qədər dünyadakı mövcud iqtisadi artım tempini nəzərə alsaq tələbin təkliflə bərabərləşəcəyi gözlənilmir. Əgər təklif artmazsa, hazırkı iqtisadi artım tempi nəzərə alınmaqla bazarda balans formalaşa bilər. Ancaq hələlik təklifin tələbdən çox olması  və buna uyğun olaraq qiymətlərin iqtisadi baxımdan aşağı düşəcəyini göstərir. O baxımdan bir tərəfdən neftin ucuzlaşması fonunda neft ölkələrinə valyuta daxilolmaları azalır. Digər tərəfdən isə bahalı dollar neft ölkələrinin valyutalarına təzyiqi artırır. Bu kontekstdə Azərbaycana da neftin ucuzlaşması fonunda valyuta daxilolmalarının azalacağı gözlənilir". 
Manatın məzənnəsinin bundan sonrakı taleyinə gəlincə, iqtisadçı ekspert Mərkəzi Bankın iki mümkün variantının olduğunu  bildirdi: "Manatın məzənnəsini Mərkəzi Bank inzibati yolla müəyyənləşdirir. Mərkəzi Bank borclanmaya gedərək mövcud siyasəti davam etdirə bilər ki, ölkədə dollarlaşma prosesi başa çatsın, ondan sonra  manatın məzənnəsini azalda bilər. İkinci bir variant isə odur ki, Mərkəzi Bank üzən valyuta rejiminə keçə bilər. Bu da manatın məzənnəsinin azalmasına gətirib çıxara bilər. Manatın məzənnəsi yaxın zamanlarda Mərkəzi Bankın bu iki variantdan hansını seçməsindən asılı olacaq". 

İqtisadçı ekspert Samir Əliyev isə hesab edir ki, FES-nin qərarı manatın devalvasiyası üçün heç bir əsas yaratmır: "Fikirləşirlər ki, manatın devalvasiyası olacaq, ancaq FES qərarının bu tipli təsiri yoxdur, sadəcə, məzənnə dəyişikliyi kimi təsiri var. Bu gün manatın məzənnəsini bazar müəyyən etmir. Əgər manatın məzənnəsini bazar müəyyən etsəydi, yəni üzən məzənnə olsaydı, FES-in qərarından sonra biz görərdik ki, dollar manata münasibətdə təxminən bir faizə qədər dəyişib. Azərbaycanda dolların məzənnəsini Mərkəzi Bank müəyyən etdiyinə görə, FES-in qərarının manata birbaşa təsiri yoxdur".

APA Mərkəzi Bankın ABŞ-ın Federal Ehtiyat Sisteminin qərarı ilə bağlı açıqlamasını yayıb. Daha sonra Mərkəzi Bankın mətbuat xidməti  FES-in qərarı ilə bağlı heç bir açıqlama vermədiyini bəyan edib: "Mərkəzi Bankının mətbuat xidmətinə daxil olmuş sorğularla bağlı bildiririk ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi tərəfindən ABŞ dollarının uçot dərəcəsinin artırılması ilə bağlı qəbul edilən qərarın manatın ABŞ dollarına qarşı məzənnəsinə təsiri ilə bağlı Mərkəzi Bank tərəfindən hər hansı rəsmi açıqlama verilməmişdir. Manatın ABŞ dollarına qarşı məzənnəsi sabit dinamikada davam edir".

Qeyd edək ki, öncəki açıqlamada deyilirdi ki, FES-in qərarı bütün dünyaya, o cümlədən Azərbaycana, bizim milli valyutamıza öz təsirini göstərəcək: "Təsirlər barədə detallı danışmaq hələ çox tezdir, bununla bağlı biz müvafiq təhlillərimizi aparırıq. Bilirsiniz ki, manatın məzənnəsi bivalyuta səbətinə uyğun şəkildə tənzimlənir. Buna görə dollar və avro münasibətlərini ciddi şəkildə təhlil edirik".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Terror təşkilatı Suriyada seçkilər keçirəcək

21 Sentyabr 2017 21:43

Ermənistan parlamentinin deputatları Bakıya niyə gəliblər?

21 Sentyabr 2017 21:38

Lənkəranda qatar yerli sakini vurub

21 Sentyabr 2017 21:37

Erməni deputatlar Bakıdadır

21 Sentyabr 2017 21:34

Iraq ordusundan hazırlıq -

21 Sentyabr 2017 21:34

Göyçayda 62 yaşlı kişi özünü kanala atdı

21 Sentyabr 2017 21:28

Dünyanın ən yaşlı qadını dünyasını dəyişib

21 Sentyabr 2017 21:27

Sabah Yaxın Şərqin gələcəyi müəyyən ediləcək: Türkiyə ordusu HAZIRDIR

21 Sentyabr 2017 21:18

"Harvi"nin vurduğu ziyan açıqlanıb -

21 Sentyabr 2017 21:14

ANAM üçün

21 Sentyabr 2017 21:03

Aktauda Qazaxıstan-Azərbaycan gəncləri günlərinə start verilib

21 Sentyabr 2017 21:02

Kim Çen Inın seks kölələri, qorxulu əmrləri... -

21 Sentyabr 2017 20:50

Samuxda istehlakçı hüquqlarına dair konfrans keçirilib

21 Sentyabr 2017 20:42

Azərbaycanın Cənubi Koreyadakı səfiri “İlin səfiri” seçildi

21 Sentyabr 2017 20:38

Türkiyə Ərbilə hücum edəcəkmi? -

21 Sentyabr 2017 20:30

Lütfizadənin cənazəsinin gətirilməsi 7-10 gün çəkə bilər

21 Sentyabr 2017 20:29

Radioaktiv tullantılar üçün yer qalmayıb - SOS

21 Sentyabr 2017 20:28

“Azərbaycan-Rusiya: dostluq qanadlarında” adlı festivalın qalibləri ilə görüş keçirilib

21 Sentyabr 2017 20:27

Ayətullah Xameneyi Trampa dişinin dibindən çıxanı dedi

21 Sentyabr 2017 20:13

İraqın şimalındakı yerli hökumətin başçısının müşaviri: “Referendum"u təxirə salmağa hazırıq”

21 Sentyabr 2017 20:12

İki zənglə qarşısı alınan MÜHARİBƏ, ərazilərin qaytarılması üçün HAZIRLIQ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

21 Sentyabr 2017 20:03

Vüqar Rəhimzadə: "Azərbaycan Prezidenti BMT-nin ali tribunasından dünya ictimaiyyətinə mühüm mesajlar verdi"

21 Sentyabr 2017 20:02

İraqdakı azərbaycanlı İŞİD-çi ailələrin taleyi barədə şok təfərrüatlar -

21 Sentyabr 2017 20:02

Təhsil Nazirliyi yanında daimi şuralar məşvərətçi orqan kimi fəaliyyət göstərəcək

21 Sentyabr 2017 19:52

İtaliyanın məşhur dizayneri modapərəstləri BELƏ TƏƏCCÜBLƏNDİRDİ - FOTO

21 Sentyabr 2017 19:48

Sabah Azərbaycanda Avropa Çempionatı başlayır

21 Sentyabr 2017 19:44

Tramp Şimali Koreya barədə bəyanat verəcək

21 Sentyabr 2017 19:38

TDƏŞ Xarici İşlər Nazirlərinin qeyri-rəsmi iclası keçirilib

21 Sentyabr 2017 19:38

ÜTT 2017-ci ildə qlobal ticarət həcmindəki artım ilə bağlı proqnozunu yaxşılaşdırıb

21 Sentyabr 2017 19:32

İlham Əliyev Mali Prezidentini təbrik etdi

21 Sentyabr 2017 19:23

Dondurmadan 250 min AZN dəyərində "Porsche" qazandı -

21 Sentyabr 2017 19:16

Bakıda müğənniləri hədələyib pulunu alan şəxslərin məhkəməsi başlayıb

21 Sentyabr 2017 19:12

Tovuzda 11 yaşlı qız qoz ağacından yıxıldı - VƏZİYYƏTİ AĞIRDIR

21 Sentyabr 2017 19:08

Nizami metro stansiyasında sərnişinlərdən birinin vəziyyəti pisləşdi

21 Sentyabr 2017 19:05

"Etihad Airways" ödəniş sistemində yenilik edib

21 Sentyabr 2017 19:02

Xamaneyi: "Tramp aciz və başıboşdur"

21 Sentyabr 2017 18:59

AZTV sədrinə sui-qəsd ittihamı - 4,6 milyonluq DƏLƏDUZLUQ

21 Sentyabr 2017 18:53

TDƏŞ Xarici İşlər Nazirlərinin qeyri-rəsmi iclası keçirilib

21 Sentyabr 2017 18:52

Bakı-Sumqayıt avtobuslarında reyd

21 Sentyabr 2017 18:42

Azərbaycanda qəbul və buraxılış imtahanları bundan sonra belə olacaq - YENİ QAYDALAR

21 Sentyabr 2017 18:39

Qəbul imtahanında MÜHÜM YENİLİK: fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

21 Sentyabr 2017 18:38

DİM: Qəbul imtahanlarında fənlərin sayı azaldılacaq

21 Sentyabr 2017 18:37

“Android” əməliyyat sistemində yeni mobil ziyanverici proqram aşkarlanıb

21 Sentyabr 2017 18:35

AZTV sədrinə sui-qəsddə təqsirləndirilən şəxs həbs edilib

21 Sentyabr 2017 18:34

Azərbaycan tranzit daşımalar üzrə “e-TİR” layihəsinə qoşulur

21 Sentyabr 2017 18:32

Kartof börəyinin hazırlanması

21 Sentyabr 2017 18:30

Aleksandr Novak: "Hazırkı neft qiymətləri hamıya uyğundur"

21 Sentyabr 2017 18:27

"Qəbələ" - "Neftçi" oyununu kim idarə edəcək?

21 Sentyabr 2017 18:27

Hicran Hüseynova: “Məqsədimiz Azərbaycanda mövcud olan ailə mühitli cəmiyyəti qorumaqdır”

21 Sentyabr 2017 18:27

İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub - FOTOLAR

21 Sentyabr 2017 18:24