Azad Rəhimov: 2016-cı ildə Bakıda keçiriləcək Formula 1 Avropa Qran Pri yarışmasına böyük maraq var

Azad Rəhimov: 2016-cı ildə Bakıda keçiriləcək Formula 1 Avropa Qran Pri yarışmasına böyük maraq var
10:23 18 Dekabr 2015
43 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Bu il Azərbaycan idmanı üçün uğurlu il olub və idmançılarımız böyük naliyyətlər əldə edib.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün Qran Priyə həsr olunmuş mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, keçirilən sorğu nəticəsində biz görürük ki, 2016-cı ildə Bakıda keçiriləcək Formula 1 Avropa Qran Pri yarışmasına böyük maraq var: "Respondentlərin çoxu bu yarışları dəstəkləyir və bilet almaq istəyirlər. Biz əminik ki, bu yarış çox maraqlı olacaq".

A.Rəhimov deyib ki, yarış keçiriləcək umumi tras 6 km olacaq: "Yarış maşınları 51 dəfə həmin trası yarış zamanı keçəcək. Həmin trasda 20 döngə var. Trans Bakının maraqlı yerlərindən keçir, o cümlədən dənizkənarı parkıdan, İçərişəhər ətrafından keçəcək. Yarışlar zamanı maşınların sürəti 340 km qədər çatacaq və biz düşünürük ki, bu yarışı daha çox maraqlı edəcək. 30 minə qədər bilet satılacaq. Biletlərin qiymətləri müxtəlifdir. Azərbaycan vətəndaşlarına biletlərin qiymətlərində 40 faizə qədər endirim ola bilər. Çalışırıq ki, hamının biletləri əldə etmək imkanı olsun. Biletlərin satışı online fomada keçiriləcək".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2471070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR