Milli Məclisin sədri: "ABŞ Helsinki Komissiyası sədrinin dediklərinə diqqət göstərməməliyik"

Milli Məclisin sədri: "ABŞ Helsinki Komissiyası sədrinin dediklərinə diqqət göstərməməliyik"
12:27 18 Dekabr 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ "ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit vaxtı ilə Demokratlar Partiyasıın üzvü olub. Ən əsası odur ki, o, ermənipərəstdir. Əfsus ki, onun verdiyi qanun layihəsini bizim əksər jurnalistlər şok hadisə kimi qiymətləndirir. Burada şok nə var?! O, sadəcə adi deputatdır. Bunu bu qədər şişirtmək böyük səhvdir".
"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin iclasında çıxışı zamanı deyib.
O bildirib ki, ABŞ konqresində Azərbaycanın dostları da var: "Hətta çox konstruktiv deputatlar da var. Əminəm ki, o qanun layihəsi qəbul edilməyəcək. Bu məsələnin indiki vaxtda müzakirə edilməsinin yalnız bir açıqlaması var. Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev mütəmadi olaraq əfv sərəncamı imzalayır. Bəzi insanların cəzaları azaldılır. Bu yaxınlarda, 31 dekabr ərəfəsində də əfv sərəncamının imzalanması gözlənilir. Onların məqəsədi odur ki, sərəncam imzalandıqdan sonra desinlər ki, guya biz bu məsələyə təsir edə bildik. Ona görə də bu məsələlərə böyük diqqət göstərməməliyik".

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/milli-meclisin-sedri-abs-helsinki-komissiyasi-sedrinin-dediklerine-diqqet-gostermemeliyik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR