Nişanın 27 mm x 20 mm olan ölçüsü də dəyişdirilir. Nişan ilgək, halqa və 40 mm enində üçkünc element vasitəsilə 37 mm x 50 mm ölçüdə olacaq.
Layihəyə görə, "Şah İsmayıl" ordeninin təsviri belə veriləcək: "Orden biri digərinin üzərində yerləşdirilmiş, biri digərinə nisbətən ox ətrafında dönmüş iki səkkizguşəli ulduzdan ibarətdir. Arxa şüalar platindən, ön şüalar isə qızıldandır. Üst hissədə olan ulduz daha uzun şüalıdır, mərkəzində qızıldan girdə lövhə yerləşir. Həmin lövhənin üzərində Şah İsmayılın əksi profildən qabarıq təsvir olunub. Lövhənin aşağısında "Şah İsmayıl" sözləri yazılıb".
Ordenin hazırda qüvvədə olan təsviri isə belədir: "Şah İsmayıl" ordeni düzgün səkkizguşəli ulduz şəklindədir, gümüşdəndir. Ulduzun mərkəzində, üzü qızıl suyuna çəkilmiş və minalanmış, səkkiz bərabər küncü olan lövhə fonunda Şah İsmayılın əksi profildən təsvir edilib. Arxa tərəfi hamar səthlidir, ortasında "Şah İsmayıl" yazılıb, ondan aşağıda ordenin nömrəsi həkk olunub".