XİN: Gürcüstan vətəndaşları Avropaya vizasız gedəcək

XİN: Gürcüstan vətəndaşları Avropaya vizasız gedəcək
20:52 18 Dekabr 2015
78 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Avropa Komissiyasının hesabatına əsasən, müəyyən edilmiş prosedurlar başa çatdıqdan sonra Gürcüstan vətəndaşları Şengen zonasında vizasız hərəkət edə biləcəklər.
"Report"un "Qruziya Online"a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan XİN-in açıqlamasında bildirilir.
"Gürcüstan və Avropa İttifaqı arasında mövcud olan əməkdaşlığı nəzərə alaraq, 2016-cı ilin əvvəlində Avropa Komissiyası Avropa İttifaqının 539/2001 qərarına düzəlişlərin edilməsinə dair rəsmi təklif irəli sürəcək. Təkliflər qəbul edildikdən sonra Gürcüstan vətəndaşları Şengen ölkələrinə vizasız gedə biləcəklər", - məlumatda deyilir.
Dekabrın 18-də Avropa Komissiyasının dərc etdiyi hesabata görə, Gürcüstan tərəfindən Viza rejiminin liberallaşdırması üzrə hərəkət planının ikinci fazasının dörd bloku üzrə tələblərin yerinə yetirilməsi Avropa və beynəlxalq standartlara uyğundur. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/xi-n-gurcustan-vetendaslari-avropaya-vizasiz-gedecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR