Yeni ilə hazırlaşanlar, diqqətli olun! - VİDEO

Yeni ilə hazırlaşanlar, diqqətli olun! - VİDEO
21:42 18 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

Yeni ilə hazırlaşanlar, diqqətli olun. Çünki satışda keyfiyyətsiz yeni il oyuncaqları və yolkalar var. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, bunun üçün alıcılar bu məhsulları alarkən sertifikat tələb etməlidirlər.

Keyfiyyətli məhsulun əsas göstəricisi onun sertifikatının olmasıdır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı deyir ki, sahibkarlar   məhsulu yalnız akkreditasiya olunan qurumlardan almalı və onlardan sertifikat tələb etməlidirlər.

Qurumun rəsmisi bildirib ki, keyfiyyətsiz məhsulların əksəriyyəti Çindən gətirilir. Keyfiyyətsiz məhsulları bir sıra əlamətlərinə görə fərqləndirmək olar. Mütəxəssislər deyirlər ki, əgər yolka və oyuncaqdan qoxu gəlirsə və ya rəngi çıxırsa, deməli, həmin məhsul keyfiyyətsizdir.

Belə keyfiyyətsiz məhsullar insanlarda dəri xəstəliklərinə, xüsusən də uşaqlarda zəhərlənmələrə səbəb ola bilər. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bu istiqamətdə monitorinqlərin davam etdirildiyi, qaydalara riayət etməyənlərin cəzalandırılacağı bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/391377.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR