Vanuatu sahillərində, Sakit okeanda 6,2 bal gücündə zəlzələ baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Vanuatunun paytaxtı Port-Vila şəhərindən 135 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

Milli.Az