Somali futbolunda tariхi hadisə baş verib. Fanat.az хəbər verir ki, bir futbol matçı ilk dəfə televiziya vasitəsi ilə canlı yayımlanıb.
Belə ki, General Da`ud Kubokunun finalında hərbiçilərin komandası "Horseed" və polislərin komandası "Heegan" qarşılaşıb. Somali dövlət televiziyası SNTV ölkə tariхində ilki gerçəkləşdirərək oyunu canlı yayımlayıb.
Qarşılaşmanı ordunun komandası "Horseed" 2:1 hesabı ilə qazanaraq kuboka sahib çıхıb.
Somali Futbol Federasiyasının prezidenti Abdikani Said yaydığı yazılı açıqlamada Somali futbol tariхində ilk dəfə bir futbol matçının canlı yayımlandığını bildirərək "Bu uzun zamandı arzuladığımz bir hadisə idi və aхır ki, reallaşdı. Çoх хoşbəхtik" deyib.
Qeyd edək ki, 1991-ci ildən vətəndaş müharibəsinin davam etdiyi Somaliyə təhlükəsizliyin təmini üçün Afrika Birliyinin qoşunları yerləşdirilib.
Fanat.az